Son Xəbərlər

Türk gəmisi Ukraynada dronla vuruldu

Türkiyəyə məxsus “Orinda” gəmisi Ukraynada PUA tərəfindən atəşə tutulub. “Bakuinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib. Hadisə zamanı 16 nəfərlik heyət təxliyə olunub. Məlumata görə, xəsarət alan olmayıb. Bildirilir ki, ekipaj üzvlərinin səhhəti yaxşıdır və yanğın dənizdə nəzarət altına alınıb.

23:09, 17 noyabr Dünya

Konqoda nazirin olduğu təyyarə yanıb

Konqo Demokratik Respublikasının sənaye naziri Lui Kabambanın olduğu təyyarə hava limanında yerə enərkən sürüşərək yanıb. “Bakuinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarədə ümumilikdə 20 nəfərin olduğu bildirilir. Nazir və nümayəndə heyətinin səfərinin məqsədi daha əvvəl böyük sürüşmə baş verən kobalt mədənində aparılan xilasetmə işlərinə nəzarət etmək olub.

23:06, 17 noyabr Dünya

AZAL uçuşlarda yeni qaydalar tətbiq edir

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabrdan etibarən təyyarə salonunda portativ şarj cihazlarının (“powerbank”) istifadəsi və daşınmasına dair yeni qaydalar tətbiq edəcək. Məqsəd litium-ion batareyaların yaratdığı riskləri minimuma endirmək və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Bakuinfo xəbər verir ki,Yeni qaydalara əsasən: Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır; Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz; Cihazlar yuxarı baqaj rəflərində

21:30, 17 noyabr Ölkə

Müdafiə Nazirliyinin vəzifəli şəxsi həyat yoldaşını və azyaşlı uşaqlarını evdən çıxarıb?” – İDDİA

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev həyat yoldaşı Xanım Hacıyeva (ad şərtidir) tərəfindən məhkəməyə verilib. Bakuinfo "Teleqraf"a istinadən xəbər verir ki, əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsində baxılıb. X.Hacıyeva ərizəsində qeyd edib ki, həyat yoldaşı onu döyərək yaşadıqları evdən azyaşlı uşaqları ilə birgə qovub. Onun sözlərinə görə, əri uzun müddətdir Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyir. Hazırda

21:07, 17 noyabr Ölkə

Şəmkirdə kənd sakini bıçaqlanıb

Şəmkir rayonunun Təzəkənd kəndində insident baş verib. 1974-cü il təvəllüdlü Əlövsət Həsənov həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Bakuinfo xəbər verir ki, həkimlərin məlumatına görə vəziyyəti orta ağır, ən yaxşı halda sabitdir. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

20:59, 17 noyabr Kriminal

Ev Wi‑Fi-si körpənizin beyin inkişafını gecikdirə bilər

Evdəki simsiz cihazlar rahatlıq gətirsə də, yeni elmi tədqiqatlar göstərir ki, Wi‑Fi radiasiyası körpələrin beyin inkişafına təsir edə bilər. 2–12 aylıq uşaqlarda yüksək radiasiya səviyyəsi motor bacarıqları və problem həll etmə qabiliyyətində gecikmələrlə əlaqələndirilib. Bakuinfo xəbər verir ki, tədqiqatçılar valideynlərə routerləri gecələr uşaqlardan uzaq saxlamağı və simsiz cihazların istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər. Araşdırmada Suzanne Burdick və komandasının ölçdüyü

20:23, 17 noyabr Sağlamlıq

14 nəfərə general rütbəsi verilib - SİYAHI

Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı sərəncamlarla 14 nəfər hərbçi “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb. Daha 3 nəfər hərbi qulluqçuya isə “general-leytenant” ali hərbi rütbəsi verilib. "Bakuinfo" xəbər verir ki, “Yeni Sabah” 2025-ci il ərzində ali hərbi rütbələr almış hərbçiləri araşdırıb: Prezident İlham Əliyevin 25 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik İdris Mustafa oğlu

20:08, 17 noyabr Ölkə

Bu ərazilərdə qaz olmayacaq

Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Bakuinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci

19:58, 17 noyabr Ölkə

FHN-dən yayılan iddialarla bağlı - Açıqlama

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların qanunsuz çıxarılması ilə bağlı iddialar yayılıb. Bakuinfo xəbər verir ki, FHN-dən bildirilib ki, məsələ hüquqi müstəvidə həllini tapıb: Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi 107 ünvanında yerləşən xidməti mənzillərdən əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılması üçün Suraxanı Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmə qətnamələri qəbul edilib

19:50, 17 noyabr Ölkə

Fransa Ukraynaya 100 “Rafale” verəcək – Zelenskidən böyük hava müdafiəsi anlaşması

Zelenskiy bildirib ki, Ukrayna növbəti 10 il ərzində Fransadan 100 ədəd Rafale döyüş təyyarəsi alacaq. Bu razılaşma Fransa ilə imzalanmış niyyət məktubunun tərkib hissəsidir. Bakuinfo Reutersə istinadən xəbər verir ki, məktubda həmçinin hava-müdafiə sistemləri, bombalar və dronlar da nəzərdə tutulub. Zelenskiy razılaşmanın ölkənin hava müdafiəsini gücləndirəcəyini bildirib.

18:56, 17 noyabr Dünya
>