AZAL uçuşlarda yeni qaydalar tətbiq edir
Azərbaycan Hava Yolları (AZAL) 20 noyabrdan etibarən təyyarə salonunda portativ şarj cihazlarının (“powerbank”) istifadəsi və daşınmasına dair yeni qaydalar tətbiq edəcək. Məqsəd litium-ion batareyaların yaratdığı riskləri minimuma endirmək və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
Bakuinfo xəbər verir ki,Yeni qaydalara əsasən:
- Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;
- Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
- Cihazlar yuxarı baqaj rəflərində deyil, sərnişinin yanında olmalıdır;
- Yalnız 100 vat/saatadək, zavod markalaması olan bir ədəd powerbank əl yükündə daşına bilər.
100–160 vat/saat tutumlu cihazlar yalnız aviaşirkətin razılığı ilə daşına bilər, qeydiyyatdan keçirilmiş baqajda isə qadağandır. Sərnişinlər cihazlarda hər hansı nasazlıq əlamətini gördükdə dərhal ekipaj üzvlərinə məlumat verməlidir.
Diqqət Çəkənlər
Prezident tələb etdi: Milli Məclis toplanır
Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək. "Bakuinfo" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Komissiyanın sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, müzakirələrdə Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan
14 nəfərə general rütbəsi verilib - SİYAHI
Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı sərəncamlarla 14 nəfər hərbçi “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb. Daha 3 nəfər hərbi qulluqçuya isə “general-leytenant” ali hərbi rütbəsi verilib. "Bakuinfo" xəbər verir ki, “Yeni Sabah” 2025-ci il ərzində ali hərbi rütbələr almış hərbçiləri araşdırıb: Prezident İlham Əliyevin 25 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik İdris Mustafa oğlu
Baş idarə Rəisi vəzifədən azad edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub. “PostMedia” xəbər verir ki, İdarə rəisi Fərhad Tofiq oğlu Quliyev vəzifəsindən azad edilib. Hazırda onun yerinə təyinat yoxdur və bu vəzifəni Dövlət Vergi Xidmətinin rəis müavini icra edir. Qeyd edək ki, əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” QSC-nin sədr müavini olan Fərhad Quliyev 2022-ci ildə bu vəzifəyə gətirilmişdi.
Son Xəbərlər
Baş nazirin birinci müavini istefa ərizəsi yazdı - Foto
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb. "Bakuinfo "Yeni Sabah"a istinadən xəbər verir ki, o, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib. Hələlik E.Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir. Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin
İş günü qısaldılacaq - Bu tarixdə
Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür. 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir./Metbuat.az
Səməd Həsənova yüksək vəzifə verildi
Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və
Baş Prokurorluqdan açıqlama - Xəlilov Bakıya GƏTİRİLDİ
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib. Baş Prokurorluğun mətbuat xidmətindən "Bakuinfo-ya bildirilib ki, vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Bakı şəhəri Qaradağ rayon polis
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib. Bu barədə Musavat.com-a daxil olan məlumatda deyilir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır. İş üzrə iddiaçı Fidan Abbasova Musavat.com-a məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib. Sabunçu Məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib və qəbul olunan qərara görə, polis Orxan
DTX Xankəndidəki iclasdan - Video paylaşdı
Məlum olduğu kimi, noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib. “Bakuinfo" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə hesablarında tədbirin videosu paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
Prezident tələb etdi: Milli Məclis toplanır
Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək. "Bakuinfo" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Komissiyanın sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, müzakirələrdə Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan
Azərbaycanda əməkdar artist vəfat etdi
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. “Bakuinfo” xəbər verir ki, bu barədə teatrın sosial media hesabında paylaşım edilib. Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub. Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi.
Ziya Məmmədovun ən sadiq kadrına yüksək vəzifə verildi
Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb. Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və “Azərbaycan Dəmir Yolları”nın Baş Mühəndisi təyin olunub. Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə “Əməkdar mühəndis” adını alan Elyar Muradov 2004-2023-cü
Baş idarə Rəisi vəzifədən azad edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub. “PostMedia” xəbər verir ki, İdarə rəisi Fərhad Tofiq oğlu Quliyev vəzifəsindən azad edilib. Hazırda onun yerinə təyinat yoxdur və bu vəzifəni Dövlət Vergi Xidmətinin rəis müavini icra edir. Qeyd edək ki, əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” QSC-nin sədr müavini olan Fərhad Quliyev 2022-ci ildə bu vəzifəyə gətirilmişdi.