Kriminal

Baş Prokurorluqdan açıqlama - Xəlilov Bakıya GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib. Baş Prokurorluğun mətbuat xidmətindən "Bakuinfo-ya bildirilib ki, vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Bakı şəhəri Qaradağ rayon polis

14:25, 18 noyabr Kriminal

Şəmkirdə kənd sakini bıçaqlanıb

Şəmkir rayonunun Təzəkənd kəndində insident baş verib. 1974-cü il təvəllüdlü Əlövsət Həsənov həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Bakuinfo xəbər verir ki, həkimlərin məlumatına görə vəziyyəti orta ağır, ən yaxşı halda sabitdir. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

20:59, 17 noyabr Kriminal

Bakıda dörd oğru saxlanıldı

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər. "Bakuinfo" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı H.Əliyev və 42 yaşlı A.Fərəcullayeva müəyyən olunaraq saxlanılıblar. Nizami rayonunda isə ticarət

15:39, 17 noyabr Kriminal

Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı

Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Bildirilib ki, o, bu il noyabrın 24-də Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

14:23, 17 noyabr Kriminal

İcra Hakimiyyətində qalmaqal - Vəzifəli şəxs HƏBS OLUNDU

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub. “Bakuinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar

13:53, 17 noyabr Kriminal

Yanmış meyiti tapılanların kimlikləri məlum oldu

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Bakuinfo" xəbər verir ki, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər. Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı Lənkəran Rayon

10:20, 17 noyabr Kriminal

Tural İslamov saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb. Dİn-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Bakuinfo"ya verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi

14:40, 16 noyabr Kriminal

Polisdən ƏMƏLİYYAT: Manaf Quliyev TUTULDU

Bərdədə qadını əxlaqsızlığa cəlb edən şəxsə cinayət işi açılıb. "Bakuinfo" xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayon ərazisində yerləşən kafedə əməliyyat keçiriblər. Nəticədə kafenin icarədarının xidmətçi qadını (xadimə) fahişəliyə cəlb etdiyi məlum olub. Faktla bağlı icarədar, 58 yaşlı Manaf Quliyev (ad və soyad şərtidir) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 243.1 (gəlir qazanmaq niyyətilə fahişəliyə cəlbetmə)

19:32, 15 noyabr Kriminal

İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı

Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb. Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160

18:34, 15 noyabr Kriminal

Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - Fotolar

Bir neçə gün öncə əri tərəfindən baltalanaraq öldürülən 60 yaşlı Nərminə Bədəlova vəzifəli şəxs imiş. “Bakuinfo” xəbər verir ki, N.Bədəlova əvvəllər Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və “Qarabağa dönüş” İctimai birliklərinin baş mühasibi olaraq işləyib. O, həyat yoldaşı Yaşar Bədəlovdan boşansa da , bir evdə yaşayırmışlar. Xatırladaq ki, noyabrın 10-u paytaxtın Binəqədi qəsəbəsində 1956-cı il təvəllüdlü

15:13, 14 noyabr Kriminal
>