İcra Hakimiyyətində qalmaqal - Vəzifəli şəxs HƏBS OLUNDU

Kriminal 13:53, 17 noyabr 2025, 3 099
İcra Hakimiyyətində qalmaqal - Vəzifəli şəxs HƏBS OLUNDU

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

“Bakuinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

İ.Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Z.Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

İcra başçısının müavini isə qeyd edib ki, İ.Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib: “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədov 6 sutkalıq həbs edilib. (Qafqazinfo.az)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident tələb etdi: Milli Məclis toplanır

Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclis yanında Toponimiya Komissiyasında müzakirə ediləcək. "Bakuinfo" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Komissiyanın sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, müzakirələrdə Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan

13:11, 18 noyabr Siyasət

14 nəfərə general rütbəsi verilib - SİYAHI

Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı sərəncamlarla 14 nəfər hərbçi “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb. Daha 3 nəfər hərbi qulluqçuya isə “general-leytenant” ali hərbi rütbəsi verilib. "Bakuinfo" xəbər verir ki, “Yeni Sabah” 2025-ci il ərzində ali hərbi rütbələr almış hərbçiləri araşdırıb: Prezident İlham Əliyevin 25 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik İdris Mustafa oğlu

20:08, 17 noyabr Ölkə

Baş idarə Rəisi vəzifədən azad edildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub. “PostMedia” xəbər verir ki, İdarə rəisi Fərhad Tofiq oğlu Quliyev vəzifəsindən azad edilib. Hazırda onun yerinə təyinat yoxdur və bu vəzifəni Dövlət Vergi Xidmətinin rəis müavini icra edir. Qeyd edək ki, əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” QSC-nin sədr müavini olan Fərhad Quliyev 2022-ci ildə bu vəzifəyə gətirilmişdi.

23:15, 17 noyabr Ölkə

Son Xəbərlər

Ukrayna deputatı Zelenskini ölkəyə qayıtmağa çağırdı: “Sizi hələlik həbs etməyəcəklər”

Bakuinfo xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Prezident Volodimir Zelenskini təcili şəkildə ölkəyə qayıtmağa səsləyib. Deputat bildirib ki, dövlət strukturlarında aşkar edilən korrupsiya faktları fonunda Zelenskini hazırda həbs təhlükəsi gözləmir. Qonçarenko sərt açıqlama verib: “Volodimir Oleksandroviç, sizi də yaxın vaxtlarda Umerov kimi ‘ovlayacağıq’. Ukraynaya qayıdın. Sizi hələlik həbs etməyəcəklər. Niyə isti ölkələrə qaçırsınız? Gəlin, sizə səs verən

21:04, 18 noyabr Siyasət

Zelenskini dəyişmək üçün namizəd axtarılır” – Azarovun paylaşımı gündəm oldu

Bakuinfo xəbər verir ki, Ukraynanın sabiq Baş naziri Nikolay Azarov sosial şəbəkə hesabında sensasion iddialar səsləndirib. Onun sözlərinə görə, Zelenski hakimiyyətinin iki əsas istiqamətdə uğursuzluğu ABŞ-də narahatlıq yaradıb. Azarov bildirib ki, Ukrayna rəhbərliyi həm cəbhədə ardıcıl məğlubiyyətlər, həm də ölkə daxilində “misli görünməmiş korrupsiya qalmaqalları” ilə çalxalanır. Sabiq Baş nazir iddia edib ki, bu proses fonunda Vaşinqton Zelenski komandasının bəzi üzvlərini ABŞ-yə çağıraraq

21:01, 18 noyabr Siyasət

Bakının bu ərazilərində qaz kəsiləcək

19.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. “Bakuinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu üzrə DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Xaqani, M.Hüseynzadə, Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Səbail rayonu üzrə isə

20:52, 18 noyabr Ölkə

Niderland Azərbaycana yeni səfir müavini təyin edib

Niderland Azərbaycana yeni səfir müavini təyin edib. Bu barədə Niderlandın diplomatik nümayəndəliyinin sosial şəbəkələrdəki paylaşımında qeyd olunub. "Niderland Krallığının Bakıdakı səfirliyi yeni səfir müavini Yohannes Kirpesteyni salamlayır. Y.Kirpesteyn qarşıdakı illərdə Azərbaycan və Niderland arasında tərəfdaşlığın gücləndirilməsini hədəfləyir", - səfirlik bildirib./Report

20:49, 18 noyabr Sosial

"Mənə fəxri ad lazım deyil"

Nura Suri dövlət konsertlərinə dəvət almaması ilə bağlı danışdı Bakuinfo xəbər verir ki, müğənni Nura Suri ünvanına yazılan mənfi şərhlərə cavab verərək bildirib: “Görürəm ki, mövzu və gündəm məqsədli şəkildə dəyişdirilir və korrupsiya ittihamlarını ört-basdır etmək üçün mediada fəxri adlar mövzusu qabardılır. Bu səbəbdən burada açıq şəkildə bildirirəm: mənə heç bir fəxri ad lazım deyil. Həmçinin şikayət edən sənətçilərin heç biri fəxri ad almaqla bağlı hansısa açıqlama verməyib. Mən sadəcə

20:46, 18 noyabr ---

Sabah bu ərazilərin suyu kəsiləcək

Sabah Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək. Bakuinfo xəbər verir ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq. Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin

20:40, 18 noyabr Ölkə

Baş nazirin birinci müavini istefa ərizəsi yazdı - Foto

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb. "Bakuinfo "Yeni Sabah"a istinadən xəbər verir ki, o, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib. Hələlik E.Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir. Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin

19:39, 18 noyabr Ölkə

İş günü qısaldılacaq - Bu tarixdə

Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür. 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir./Metbuat.az

19:37, 18 noyabr Sosial

Səməd Həsənova yüksək vəzifə verildi

Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və

14:27, 18 noyabr Ölkə

Baş Prokurorluqdan açıqlama - Xəlilov Bakıya GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib. Baş Prokurorluğun mətbuat xidmətindən "Bakuinfo-ya bildirilib ki, vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Bakı şəhəri Qaradağ rayon polis

14:25, 18 noyabr Kriminal
>