İş günü qısaldılacaq - Bu tarixdə
Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür. 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir./Metbuat.az
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib. Bu barədə Musavat.com-a daxil olan məlumatda deyilir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır. İş üzrə iddiaçı Fidan Abbasova Musavat.com-a məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib. Sabunçu Məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib və qəbul olunan qərara görə, polis Orxan
Azərbaycanda əməkdar artist vəfat etdi
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. “Bakuinfo” xəbər verir ki, bu barədə teatrın sosial media hesabında paylaşım edilib. Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub. Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi.
Mədəniyyət Nazirliyindən ittihamlara cavab
Son günlər sosial media istifadəçilərinin Mədəniyyət Nazirliyinin 2004-2022-ci illərlə bağlı səsləndirilən iddialarına dair diqqətinizə çatdırırıq ki, həmin dövrdə aşkarlanan qanun pozuntuları mövcud qanunvericilik çərçivəsində araşdırılıb, onlara hüquqi qiymət verilib və məsuliyyət tədbirləri tətbiq olunub”. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, bundan əlavə, bəzi sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi
Əbülfəs Qarayev ad gününü Londonda qeyd etdi
Noyabrın 13-ü sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb. “Bakuinfo” xəbər verir ki, Manset.az yayılan məlumatla bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib: “Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam”. Qeyd edək ki,
Bu universitetin tələbəsi vəfat etdi - Foto
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin III kurs tələbəsi Rahilə Orucova vəfat edib. “Bakuinfo” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib. R.Orucovanın ölüm səbəbi açıqlanmayıb.
Qeyri-etik videolarla məşhurlaşan Zaur azadlığa çıxdı
Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb. “Bakuinfo" xəbər verir ki, o, bir az əvvəl əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub.
Hava ilə bağlı XƏBƏRDARLIQ - QAR YAĞACAQ
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
Müdafiə Nazirliyindən partlayış səsləriylə bağlı XƏBƏRDARLIQ
Ağdərə və Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə "Bakuinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
DSX-nin baş çavuşu koronavirusdan vəfat edibmiş
Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb. "Bakuinfo" xəbər verir ki, hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri, baş leytenant cinayət məsuliyyətinə cəlb edilib. İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma,