Vlada Axundova ilə bağlı yeni məlumat - Əsl peşəsi...
Ötən gün avtomobil qəzası nəticəsində dünyasını dəyişən tanınmış müğənni Vlada Axundovanın ölümü ilə bağlı təfərrüat məlum olub. "Bakuinfo" xəbər verir ki, Vlada Axundova sərnişin kimi mindiyi “Toyota” markalı, 01 CH 477 dövlət nömrə nişanlı avtomobildən enərkən arxadan gələn 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi “Hunday Elantra” markalı 77 SJ 148 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub. Əldə etdiyimiz məlumata görə, 1988-ci il təvəllüdlü Vlada Axundova
Bakıdakı tanınmış müğənni avtoqəzada həlak oldu - Fotolar + Video
Ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında yolu keçərkən “Hyundai Elantra”nın vurduğu qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib. "Bakuinfo" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən 37 yaşlı Vlada bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş. Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Zaur Şəbnəm Tovuzlunu cərimələdi
Müğənni Şəbnəm Tovuzlu dünən "Həmin Zaur" verilişinə gecikib. "Bakuinfo" xəbər verir ki, aparıcı Zaur Kamal proqramına 5 dəqiqə gecikən ifaçını 200 manat cərimələyib. Daha sonra isə aparıcı ehtiyacı olan ailəyə zəng vurub və Şəbnəm Tovuzlunun ona 200 manat pul göndərəcəyini bildirib. Qeyd edək ki, Zaur bir neçə gün əvvəl proqramına gecikən meyxanaçılar Baləlini 500, Mirfəridi isə 300 manat cərimələmişdi. O, verilişinə gecikən bütün sənətçiləri cərimləyəcəyini və həmin
Xalq artisti: "Təhminə obrazına məni çəkəcəkdilər, çatan kimi yataq səhnəsini göstərdilər, dedim..." - Geniş Müsahibə
Xalq artisti Firəngiz Mütəllimova Kulis.az-a müsahibə verib. "Bakuinfo" həmin müsahibəni təqdim edir: – Əslən şuşalısınız, ancaq Ağcabədi qeydiyyatdasınız. – Anam şuşalı, atam qəbələlidir. Müəllim olublar. Hər ikisi təyinatla Ağcabədiyə gedib. Elə orada tanış olub ailə qurublar. Sonra Bakıya gəliblər. Təyinat üçün qarşılarında iki seçim olub: Şuşa və Qəbələ. Şuşanı seçiblər. Mən aprelin 3-ü səhər saat 6-da Şuşada doğulmuşam. Deyirlər, qar dizdən imiş. Ata-anam Ağcabədidə işləyirdilər
Nüşabə Ələsgərli: "Ən böyük arzum..."
"Övladlarım xaricdə olsalar da, məni idarə edirlər. Əvvəl anam idi, indi onlar məni sərbəst qoymurlar". "Bakuinfo" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" proqramında deyib. Müğənni bildirib ki, övladları hər zaman onu nəzarətdə saxlayır. N.Ələsgərli bildirib ki, oğlunu evləndirə bilmir: "Ən böyük arzumdur. Oğlum razılaşmır. Bakıya da ona görə gəlmir. Gələn kimi onu incidirəm". Qeyd edək ki,
Oksana Rəsulova: "Ana olandan sonra rəqsə son qoydum"
"Mənə deyirlər gözəlsən. Bunu qəbul etmirəm. Cavab verirəm ki, hə. Amma yox, gözəl deyiləm. Məndən də gözəl insanlar var. Mən özümü gözəl hesab etmirəm. Mənim üçün gözəllik etalonları başqadır. Çox vaxt makiyajsız gəzirəm və insanlar məni tanımır". "Bakuinfo" xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova "Mədəni şou"da deyib. Sənətçi ona "gözəl" deyilməsinə əsəbiləşdiyini etiraf edib: "Mənim üçün gözəllik ağıldır. Bəzən görmüşəm çirkindir, amma
Əməkdar artist: "Qızım Bakıya köçür, yanımda yaşayacaq"
Əməkdar artist Nüşabə Ələsgərli Belçikada yaşayan qızı Nigarın artıq Azərbaycana köçəcəyini deyib. "Bakuinfo" xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" proqramında bildirib. O qeyd edib ki, qızı ailəsi ilə birlikdə Bakıya gəlir: "Nəvəm 1 yaş yarımdır. Apreldə 2 yaşı olacaq. Artıq onu görmək üçün Avropaya getmirəm. Onlar Belçikdana Bakıya köçürlər. Evləri orada qalacaq, özləri burada yaşayacaq. Ağıllı olmuşam, vaxtında iki ev tikmişəm. İndi gəlirlər, yanımda
Nazpərinin gəlini gözəlliyi ilə sosial mediada gündəm oldu - Video
Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın nəvəsinin doğum günü mərasimi ilə bağlı maraqlı görüntülər sosial şəbəkədə yayılıb. "Bakuinfo" xəbər verir ki, video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Məlum olub ki, görüntüdə sənətkarın özü kimi gözəl gəlini yer alıb. Paylaşılan kadrlar marağa səbəb olub və izləyicilər tərəfindən sənətçinin gəlininin gözəlliyinə təriflər yağıb. Müzakirələrə səbəb olan videopaylaşımı təqdim edirik: (Milli.az)
Xalq artisti həyat yoldaşının ad gününü təbrik etdi - Fotolar
Xalq artisti Elçin Əzizov həyat yoldaşı Həmidə Məlikova ilə bağlı paylaşım edib. "Bakuinfo" xəbər verir ki, opera ifaçısı xanımını ad günü münasibətiylə təbrik edərək "Ad günün mübarək, sevgim" qısa şərhini yazıb. Fotoda cütlüyün övladı Cəmil də yer alıb. Qeyd edək ki, Həmidə Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsidir. Cütlüyün iki övladı var. (Axşam.az)
Müjgan Ayxan: "Həyatımda məni daşıya biləcək kişi yoxdur"
Müğənni Müjgan Ayxan şəxsi həyatı və münasibətlər mövzusunda verdiyi səmimi açıqlama ilə gündəmə gəlib. "Bakuinfo" xəbər verir ki, ona görə, indiyədək həyatında onu daşıya biləcək, dəyərlərinə uyğun kişi olmayıb. İfaçı maddi məsuliyyətin kişidə olmalı olduğunu vurğulayıb: "Həyatımda məni daşıya biləcək kişi yoxdur. Ümumiyyətlə, mən elə düşünürəm ki, kişi qazanmalıdır, mən isə xərcləməliyəm. özüm heç qazanmalı deyiləm. İki günlük istirahətinə 16 min dollar xərcləyirəm. Mənim 20