Son Xəbərlər
Şəmkirdə kənd sakini bıçaqlanıb
Şəmkir rayonunun Təzəkənd kəndində insident baş verib. 1974-cü il təvəllüdlü Əlövsət Həsənov həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Bakuinfo xəbər verir ki, həkimlərin məlumatına görə vəziyyəti orta ağır, ən yaxşı halda sabitdir. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Ev Wi‑Fi-si körpənizin beyin inkişafını gecikdirə bilər
Evdəki simsiz cihazlar rahatlıq gətirsə də, yeni elmi tədqiqatlar göstərir ki, Wi‑Fi radiasiyası körpələrin beyin inkişafına təsir edə bilər. 2–12 aylıq uşaqlarda yüksək radiasiya səviyyəsi motor bacarıqları və problem həll etmə qabiliyyətində gecikmələrlə əlaqələndirilib. Bakuinfo xəbər verir ki, tədqiqatçılar valideynlərə routerləri gecələr uşaqlardan uzaq saxlamağı və simsiz cihazların istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər. Araşdırmada Suzanne Burdick və komandasının ölçdüyü
14 nəfərə general rütbəsi verilib - SİYAHI
Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı sərəncamlarla 14 nəfər hərbçi “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb. Daha 3 nəfər hərbi qulluqçuya isə “general-leytenant” ali hərbi rütbəsi verilib. "Bakuinfo" xəbər verir ki, “Yeni Sabah” 2025-ci il ərzində ali hərbi rütbələr almış hərbçiləri araşdırıb: Prezident İlham Əliyevin 25 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik İdris Mustafa oğlu
Bu ərazilərdə qaz olmayacaq
Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Bakuinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci
FHN-dən yayılan iddialarla bağlı - Açıqlama
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların qanunsuz çıxarılması ilə bağlı iddialar yayılıb. Bakuinfo xəbər verir ki, FHN-dən bildirilib ki, məsələ hüquqi müstəvidə həllini tapıb: Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi 107 ünvanında yerləşən xidməti mənzillərdən əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılması üçün Suraxanı Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmə qətnamələri qəbul edilib
Fransa Ukraynaya 100 “Rafale” verəcək – Zelenskidən böyük hava müdafiəsi anlaşması
Zelenskiy bildirib ki, Ukrayna növbəti 10 il ərzində Fransadan 100 ədəd Rafale döyüş təyyarəsi alacaq. Bu razılaşma Fransa ilə imzalanmış niyyət məktubunun tərkib hissəsidir. Bakuinfo Reutersə istinadən xəbər verir ki, məktubda həmçinin hava-müdafiə sistemləri, bombalar və dronlar da nəzərdə tutulub. Zelenskiy razılaşmanın ölkənin hava müdafiəsini gücləndirəcəyini bildirib.
Prezident bu əsasnaməni təsdiq etdi
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmanda təsdiq edilən Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Bakıda DƏHŞƏT - 14 yaşlı qız faciəvi şəkildə öldü
Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Bakuinfo" xəbər verir ki hadisə noyabrın 16-da gecə saatlarında Nəsimi rayonu, Abay döngəsi küçəsində qeydə alınıb. Belə ki, 2011-cü il təvəllüdlü Nihal Qocayeva yaşadığı hündürmərtəbəli binanın 16-cı mərtəbəsinin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Bakıda dörd oğru saxlanıldı
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər. "Bakuinfo" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı H.Əliyev və 42 yaşlı A.Fərəcullayeva müəyyən olunaraq saxlanılıblar. Nizami rayonunda isə ticarət
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam olundu
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib. “Bakuinfo, xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub. Ezam olunan hakimlər Suraxanı Rayon Məhkəməsindən Pərviz Muradov və Lənkəran Şəhər Məhkəməsindən Murad Aslanovdur. (Qafqazinfo.az)