Son Xəbərlər

Elektrik və internet kəsilə bilər

Günəşdə aktivlik maksimum səviyyəyə çatıb. NASA bu barədə xəbərdarlıq edib. Məlumata görə, bu dövrdə Günəş 11 illik dövrünün zirvəsinə çatacaq və günəş ləkələri, günəş alovları və tac kütləsinin atılması kimi qeyri-adi hadisələrlə özünü göstərəcək. Günəş qarşıdakı aylarda intensiv şəkildə aktivləşəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və dövrün stasionar dövrünün nə vaxt başlayacağı hələlik bəlli deyil. NASA-nın verdiyi açıqlamaya

19:43, 18 oktyabr DÜNYA

TƏCİLİ! Altı BÜRC üçün ciddi təhlükə var: Onları nə gözləyir?

Çətinliklərə hazır olun və ətrafınızdan ehtiyatlı olun ki, bu çətinliklərin öhdəsindən layiqincə gələ biləsiniz. Bu həftə bəzi bürclər üçün çətin ola bilər. Yolda gözlənilməz maneələr, münaqişəli vəziyyətlər və ya daxili ziddiyyətlər yarana bilər. Bakuinfo.net-in məlumatına görə, Qoç üçün təhlükə danışıqlarda və rəhbərliklə ünsiyyətdə olur. İmpulsiv xarakteriniz işdə münaqişələrə səbəb ola bilər. Sözlərinizlə diqqətli olun və çətin vəziyyətlərdən qaçın. Ola bilsin ki, həmkarlarınızdan biri

19:27, 18 oktyabr BÜRCLƏR

Hərbçimiz özünü güllələdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Ajans.az-a məlumat verib. Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları

19:15, 18 oktyabr HADİSƏ

Əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən pensiyalarda artım olacaq

"Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən minimum pensiyanın məbləği müəyyənləşəcək". Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdirilib artırılacaq: "İndeksasiya faizi ilə bağlı yalnız ilin

18:57, 18 oktyabr İQTİSADİYYAT

Bu şəxslər 2500 manat cərimələnəcək

Odla ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə görə iki min beş yüz manatadək məbləğdə cərimə müəyyən edilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253.6-cı maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan

18:53, 18 oktyabr CƏMİYYƏT

Taksilərin qiyməti 1 manat bahalaşdı

Bu ilin sentyabr ayında Azərbaycanda taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 6 manat 60 qəpik olub. Bakuinfo.net Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin yanvar ayı ilə müqayisədə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 17% və ya 96 qəpik artıb. Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövründə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 5 manat 55 qəpik olub.

18:51, 18 oktyabr CƏMİYYƏT

Keçmiş zabit özünü ÖLDÜRDÜ

Rusiyada keçmiş təhlükəsizlik əməkdaşı ağır xəstəlik səbəbilə yaşadığı mənzildə intihar edib. Bakuinfo.net yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 17-də baş verib. İntihar qeydində 71 yaşlı təqaüdçü bütün bədənində sonsuz ağrılardan əziyyət çəkdiyini izah edib. Keçmiş təhlükəsizlik zabitinə təxminən üç il əvvəl ayaqlarına xəstəlik diaqnozu qoyuldu. Xəstəliyə həyat yoldaşının ölümündən qaynaqlanan stress səbəb olub. Sonrakı bir neçə il ərzində kişi özəl və dövlət klinikalarında

18:31, 18 oktyabr DÜNYA

Ərdoğanın maaşı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşı açıqlanıb. Bakuinfo.net Unikal-a istinadla xəbər verir ki, Cümhurbaşkanlığının Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi 2025-ci il büdcə təklifinə əsasən, “Prezident müavinəti” 30% artıb. 2025-ci il üçün ayrılan Prezident müavinəti 2 milyon 856 min lirə olaraq müəyyən edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın aylıq maaşı 2025-ci il üçün 183 min lirədən 238 min lirəyə (11 828 azn) yüksələcək.

18:28, 18 oktyabr MARAQLI

Məşhur müğənni əməliyyat olunub

Sevilən müğənni Nadir Qafarzadə bir müddət öncə gözündən əməliyyat olunub. News24.az sevilən sənətçi ilə əlaqə saxlayıb. Nadir Qafarzadə bir müddət öncə belə bir əməliyyatin olduğunu təsdiq edib, hazırda səhhətinin qaydasında olduğunu bildirib: “Bir müddət öncə gözümdən əməliyyat olunmuşdum, şükürlər olsun ki, indi yaxşıyam, özümü yaxşı hiss edirəm”. Ulduz müğənni yeni mahnıları haqda bunları deyib: “İnşallah qarşıda yeni proyektlər var, yeni mahnılar var, zaman lazımdır, bununla bağlı zamanı

18:25, 18 oktyabr ŞOU-BİZNES

Bu tələbələr illik ödənişdən azad olunacaq

İqtisadiyyat və İnformasiya Təhlükəsizliyi üzrə təhsil alan tələbələr təhsil haqqından azad olunacaq. Bakuinfo.net yerli mətbuata istinadən xəbər verir ki, gələn ildən Avstriyanın bəzi universitetlərində İqtisadiyyat və İnformasiya Texnologiyaları üzrə təhsil alan tələbələrə güzəşt olunacaq. Buna səbəb tələbələri həvəsləndirməkdir, eyni zamanda onların təhsilə daha da məsuliyyətli olmağına konsentrə etməkdir. Birinci semestr bütün qiymətləri əla nəticə ilə başa vuran 1 illik təhsil ödənişindən

18:19, 18 oktyabr CƏMİYYƏT