Ölkə

FHN-dən yayılan iddialarla bağlı - Açıqlama

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların qanunsuz çıxarılması ilə bağlı iddialar yayılıb. Bakuinfo xəbər verir ki, FHN-dən bildirilib ki, məsələ hüquqi müstəvidə həllini tapıb: Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi 107 ünvanında yerləşən xidməti mənzillərdən əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılması üçün Suraxanı Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmə qətnamələri qəbul edilib

19:50, 17 noyabr Ölkə

Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam olundu

Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib. “Bakuinfo, xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub. Ezam olunan hakimlər Suraxanı Rayon Məhkəməsindən Pərviz Muradov və Lənkəran Şəhər Məhkəməsindən Murad Aslanovdur. (Qafqazinfo.az)

15:09, 17 noyabr Ölkə

Eldar Əzizovdan həmin rəisin yerinə TƏYİNAT

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə təyinat olub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, sözügedən qurumun rəisi vəzifəsinə Zahid Məmmədov təyinat alıb. Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi.

10:21, 17 noyabr Ölkə

Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Yeni vəzifəsinə görə o, Naxçıvan Baş naziri vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir. Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur. Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli,

18:40, 14 noyabr Ölkə

Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar

Bu gün Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə,

14:51, 14 noyabr Ölkə

Dövlət qurumlarında lazımsız ştatlar LƏĞV EDİLİR

"Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrilib. Bu, təqdirəlayiqdir. Amma bu düşünülmüş şəkildə həyata keçirilməlidir. Burada müəyyən problemlər var". "Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin bir avtobusu yoxdur: "10 rayonu

01:40, 14 noyabr Ölkə

Mikayıl Cabbarovun xalası oğlu müavinini vəzifəsindən azad etdi

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub. “PostMedia” xəbər verir ki, qurumun rəis müavini Rasim Rəhim oğlu Quliyev vəzifəsindən azad edilib. Hazırda onun yerinə təyinat yoxdur. Bununla da Baş İdarə rəisinin müavinlərinin sayı 6-dan 5-ə, ümumi menecmentin sayı isə 17-dən 16-ya enib. Xəbər verdiyimiz kimi bir müddət əvvəl Camal Ələkbər oğlu Qasımov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.

20:27, 13 noyabr Ölkə

Məşhur generala yeni VƏZİFƏ VERİLDİ

Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub. "Bakuinfo" Gününsəsi.info-ya istinadən xəbər verir ki, Faiq Məmmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb. Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da, sonradan təqaüdə göndərilmişdi.

16:32, 13 noyabr Ölkə

Samir Nuriyev onu ictimaiyyətə təqdim etdi - Fotolar

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib. “Bakuinfo” xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar

14:12, 13 noyabr Ölkə

Fuad Nəcəfli buna görə İŞDƏN ÇIXARILIB

Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb. Qeyd edək ki, F.Nəcəfli 2022-ci ilin dekabr ayında həmin vəzifəyə təyin edilmişdi. (Unikal.az)

13:00, 13 noyabr Ölkə
>