DİN-dən əməliyyat - Saxlanılanlar var
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. "Bakuinfo" xəbər verir ki, Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş
Bakının mərkəzində səfirlik maşını qaydaları pozdu - Foto
Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb. “Bakuinfo” xəbər verir ki, fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb. O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib. Qeyd edək ki, qaydaları pozan avtomobilin səfirliklərdən birinə məxsus olduğu bildirilir. İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildilər
Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb. "Bakuinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi paytaxt sakini 1991-ci il təvəllüdlü Etibar Məmmədəli oğlu Aslanov və Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Nihad Nüsrət oğlu Teyyubova hökm oxuyub. Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri (Dələduzluq -
Bu Nazirliyin şöbə rəisi şantaj edildi - TƏFƏRRÜAT
Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş rayon Qeydiyyat Şöbəsinin rəisi də var. "Bakuinfo" xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü “Cinayət və Olay” qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onunla
Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb. "Bakuinfo" xəbər verir ki, araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət
Təranə Səmədovayla bağlı qərar verildi
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb. "Bakuinfo" xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib. Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb. Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər. Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında
General-mayor Bəkir Orucovla bağlı qərar verildi
Tərtər işi" ilə bağlı təqsirləndirilən general-mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti təmin edilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə hakim İlqar Qılıcov sədrliyi ilə keçirilən prosesdə verilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən
Bu qurumun rəhbərliyinə cinayət işi açıldı
Kənd Təsərrüfatı Yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb. Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə
Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. "Bakuinfo" “Unikal”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib. Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib.
Abşeronda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirdi
Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib. "Bakuinfo" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib. İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb. Nəticədə o, hadisə yerindəcə vəfat edib. (Oxu.az)