Bəhruz Əhmədov ona yüksək vəzifə verdi
Hərbi prokurorluqda yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Azər Vaqif oğlu İbrahimov Hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Onlar üçün həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır. “Bakuinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, zabitlər üçün ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il (bu müddət bitdikdən sonra