Yunanıstanda meşə yanğını başlayıb
Yunanıstanın Peloponnes yarımadasında yanğın səbəbi ilə kəndlərin boşaldılması tələb olunub. BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın Peloponnes bölgəsindəki meşə sahəsindəki yanğın üçüncü gündür davam edir. Korinf şəhərinin Gelini bölgəsi də yanğından zərər çəkib. Bölgədə hökm sürən güclü külək səbəbindən yanğınsöndürənlər, yerli əhali və könüllülərin dəstəyi ilə yanğının söndürülməsi işləri çətinliklə davam edir. Bakuinfo.net
Xeresonda bazara artilleriya hücumu olub
Rusiya qüvvələri oktyabrın 1-də səhər saatlarında Ukraynanın Xerson şəhərində ictimai nəqliyyat dayanacağına və bazarlardan birinə artilleriya zərbəsi endiriblər. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Prokudin özünün "Telegram" kanalında xəbər verib. "İşğalçılar Xersonun mərkəzindəki bazara hücum ediblər. Səhər xersonluların məhsul aldığı və ya satdığı ticarət nöqtələri zərbə altında qaldı", - deyə o bildirib.
Çində marketə hücum edilib
Çində supermarketlərin birində bıçaqlı kişi alıcılara hücum edib. Nəticədə azı üç nəfər yerindəcə həlak olub, daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Oxu.Az-ın RT-yə istinadla verdiyi məlumata görə, faciə Şanxay şəhərində baş verib İlkin məlumata görə, qanlı qırğını törətməyinin səbəbi Lin soyadlı 37 yaşlı kişinin maliyyə çətinlikləri olub. Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini operativ şəkildə saxlaya biliblər. İstintaq hadisənin bütün təfərrüatını ar aşdırır.
İsrail quru əməliyyatına başladı
İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb. Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır. Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var. Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. İsrail
Vəzifəli şəxslər işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur
Bu marşrut fəaliyyətini dayandırdı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə oktyabrın 1-dən 150 saylı şəhərətrafı və 60 saylı şəhərdaxili avtobus marşrutları üzrə xəttə yeni avtobuslar cəlb edir. Lent.az xəbər verir ki, Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində Bilgəh qəsəbəsini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 150 saylı şəhərətrafı, həmçinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini
Güclü zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudada zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı 39,9 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 128 km aralıda yerləşib. Sunami təhlükəsi elan olunmayıb. İtki və dağıntı barədə məlumat yoxdur. Bakuinfo.net
Keçmiş futbolçu faciəvi şəkildə öldü
İtaliya yüksək liqasının keçmiş futbolçusu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. A Seriyasının keçmiş futbolçusu Andrea Kaponenin cəsədi Kalyaridəki “Palazzo Tirso” hotelində tapılıb. Keçmiş italyan yarımmüdafiəçi dostunun verdiyi ziyafətdə iştirak edib. Bu zaman bədbəxt hadisə baş verib. O, pilləkənlərdən yıxılıb və başından zərbə alıb. Yıxılma nəticəsində alınan xəsarətlər ölümcül olub. Kaponenin karyerasının böyük hissəsi “Kalyari” ilə bağlı olub. 1998-2007-ci illərdə B Seriyasından
Əsgərlik yaşı ilə bağlı açıqlama
Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçün 18 ay müəyyən edilib. Həmçinin müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var. Məsələn, qardaş Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir. Bəs ölkəmizdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması mümkündürmü? Bununla bağlı təkliflər varmı?
Hindistanda 2 qardaş analarını ağaca bağlayıb yandırdı
Hindistanda iki qardaş ailə münaqişəsi zamanı 62 yaşlı analarını vəhşicəsinə qətlə yetiriblər. Bu barədə Oxu.Az "Times of India" nəşrinə istinadən xəbər verir. Məlumata görə, onlar yaşlı qadını ağaca bağlayıblar və yandırıblar. "Qadının yandırıldığı barədə məlumat alan polis qrupu ora gedib və ağaca bağlanmış, yanmış meyit aşkarlayıb. Biz yarılma üçün meyiti xəstəxanaya apardıq", - deyə polis zabiti Kamal Krişna Koloy bildirib. Məlum olub ki, ilyarım əvvəl ərinin ölümündən