Hadisə

Binədə sərnişin avtobusu yanaraq KÜL OLDU

Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb. "Bakuinfo" xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut avtobusunda qeydə alınıb. Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb. (Oxu.az)

09:20, 29 oktyabr Hadisə

Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib. VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 4 nəfər hadisə yerində ölüb. Fakt araşdırılır. (APA)

19:34, 25 oktyabr Hadisə

Metroda İNSİDENT: həbs olunanlar var

Bakı metrosunda insident olub. "Bakuinfo" Lent.az-a istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasında qeydə alınıb. Platformada bir qrup vətəndaş arasında insident yaranıb və onlar səs-küy salıblar. Hadisəyə polis əməkdaşları müdaxilə edib. İnsident törədən 4 nəfər saxlanılaraq, polis şöbəsinə aparılıb. Məhkəmənin qərarı ilə, onların hər biri barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

12:27, 25 oktyabr Hadisə

Bakıda güclü yanğın - Ölən var

Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb. "Bakuinfo" xəbər verir ki, bu baradə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə

14:21, 22 oktyabr Hadisə

"Azərenerji"nin əməkdaşını maşın vurub öldürdü - Hadisədən xəbər tutan atası infarkt keçirdi

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində "Mercedes-Benz" markalı avtomobil "Azərenerji" ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb. "Bakuinfo" "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Mercedes-Benz" markalı avtomobil yolu keçən Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayon, Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Mehdiqulu Allahyar oğlu Manafovu vurub. Hadisəni eşidən Anar Bayramovun atası 69 yaşlı Həsənqulu

09:58, 22 oktyabr Hadisə

Bakıda məktəbdə GÜCLÜ YANĞIN

Bakıda məktəbdə yanğın hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, yanğın Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbdə qeydə alınıb. Əraziyə FHN qüvvələri və polis əməkdaşları cəlb edilib. (APA)

20:29, 21 oktyabr Hadisə

Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. "Bakuinfo" xəbər verir ki, oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)

19:16, 21 oktyabr Hadisə

Ağır qəza törədən “Bakı Bus” sürücüsünün SON DURUMU

Oktyabrın 21-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən vətəndaşın halının pisləşməsi səbəbi ilə çağırış daxil olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib. Məlumatda qeyd olunub ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial

14:09, 21 oktyabr Hadisə

"Baku Bus" avtobusunun bulvara girməsinin səbəbi bilindi

Bakıda avtobus qəzasına səbəb sürücünün səhhətində qəfil baş verən narahatlıq olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib. Məlumatda qeyd edilib ki, bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş

12:30, 21 oktyabr Hadisə

“Bakı Bus” avtobusu bulvarda ağaca çırpılıb - Foto + Video

Bakıda “Bakı Bus”a məxsus sərnişin avtobusu qəza törədib. "Bakuinfo" xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib. Bildirilib ki, avtobus yoldan çıxaraq, Dənizkənarı Milli Parkdakı ağaca çırpılıb. Avtobusa ciddi ziyan dəyib. *** Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində xəsarət alan olmayıb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib. Məlumata görə, hadisə saat 10:40 radələrində

12:14, 21 oktyabr Hadisə
>