HADİSƏ

Dövlət sərhəddini pozan 22 nəfər saxlanıldı

Şəmkir", "Xudat" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb. Ətraflı Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabr ayının 24-də saat 09:30-da "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində bir Əlcəzair vətəndaşı - 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr ayının 26-da saat

18:31, 28 sentyabr HADİSƏ

Ayətullah Əli Xamenei Cihad hökmü verdi

İranın ali rəhbəri Seyid Əli Xamenei "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra cihad hökmü verib. "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, özünün "X" hesabında bəyan edib. "Bütün müsəlmanlara öz imkanları ilə Livan xalqının, həmçinin "Hizbullah"ın yanında fəxrlə dayanmaq və qəsbkar, zalım, şər rejimlə qarşıdurmada ona kömək etmək vacibdir", - deyə o, bildirib. 16:08 İranın Ali Lideri Əli Xamenei

18:08, 28 sentyabr HADİSƏ

Nepalda təbii fəlakət baş verib

Nepalda son 24 saat ərzində aramsız yağan yağışlar və torpaq sürüşmələri nəticəsində azı 38 nəfər ölüb. Bakuinfo.net xəbər verir ki, bu barədə "Reuters" Nepal hakimiyyətinə istinadən məlumat yayıb. Agentlik qeyd edib ki, təbii fəlakətlər nəticəsində yollar bağlanıb. Səlahiyyətlilər son 30 saat ərzində daha 29 nəfərin itkin düşdüyündən ölənlərin sayının arta biləcəyini bildirir. Ölümlərin çoxu dörd milyon insanın yaşadığı Katmandu vadisində baş verib.

17:48, 28 sentyabr HADİSƏ

Iraqda 3 günlük matəm elan edildi

İraq şiələrinin lideri Müqtəda Əs-Sədr “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın ölümü ilə əlaqədar ölkə üzrə üçgünlük matəm elan edib. Bakuinfo.netxəbər verir ki, bu barədə o, "X" hesabında yazıb 49 yaşlı Müqtəda əs-Sədr İraqın tanınmış, nüfuzlu ailələrindən birinin nümayəndəsidir. Ölkədə şiələr daha çoxdu

17:39, 28 sentyabr HADİSƏ

Ruslar Xəstəxananı ardıcıl 2 dəfə vurdular

Ruslar Sumidə xəstəxananı vurdular, sonra insanları evakuasiya edərkən yenidən vurdular. Milli.Az bildirir ki, hazırda 6 ölüm faktı məlumdur. Ətraflı İlk atəş nəticəsində xəstəxananın bir neçə mərtəbəsinin tavanı dağılıb. Xilasedicilər hadisə yerinə gələrək təxliyə başlayanda düşmən yenidən zərbə endirib. Bakuinfo.net

15:25, 28 sentyabr HADİSƏ

SON DƏQİQƏ! Ağır yol qəzası baş verdi - Ölən var

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakuinfo.net report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, "Ford Transit" markalı avtomobillə "Mercedes Atego" markalı yük avtomobili toqquşub. Nəticədə "Ford"da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

13:28, 28 sentyabr HADİSƏ

Hizbullah liderinin qızı öldürüldü

İsrailin Livanın paytaxtı Beyruta son hücumlarında hədəf aldığını bildirdiyi “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ olub-olmaması müzakirə mövzusuna çevrilib. Bakuinfo.net bildirir ki, bununla bağlı İsrailin “Kanal 12” televiziyası müəyyən iddialar irəli sürüb. Qeyd olunub ki, Tel-Əviv rəhbərliyi Nəsrullahın hücuma məruz qalan sığınacaqda olduğunu və onun oradan sağ çıxmasının çətin olacağını bildirib. Həmçinin “Hizbullah” liderinin hücumda yaralanmış ola biləcəyinin təxmin edildiyi iddia

13:00, 28 sentyabr HADİSƏ

Sumqayıtda restoranda yanğın başlayıb

Sumqayıt şəhərində restoranda yanğın başlayıb. Bakuinfo.net report-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən "Baharlı" restoranında qeydə alınıb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dğvlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

12:35, 28 sentyabr HADİSƏ

ŞOK OLAY - Bakıda qadın yaylığı ilə özünü asdı

Bakıda intihar hadisəsi olub. Bakuinfo.net lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini Günel Şahbazova yaşadığı evdə yaylığı ilə özünü asıb. Onun hansı səbəbdən özünü öldürməsi isə məlum deyil. Faktla bağlı araşdırma aparılır.

19:08, 27 sentyabr HADİSƏ

Bu xanıma yüksək vəzifə VERILDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor əvəzi təyin edilib. Bakuinfo.net Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədova Mətanət Nəbi qızı sözügedən quruma direktor əvəzi təyin olunub. Mətanət Məmmədova bu vəzifəyə qədər nazirlik Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri, daha əvvəl isə Dövlət Tibbi-Sosial Ekspertiza və

17:15, 27 sentyabr HADİSƏ