Hadisə

Bakıda DƏHŞƏT - 14 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Bakuinfo" xəbər verir ki hadisə noyabrın 16-da gecə saatlarında Nəsimi rayonu, Abay döngəsi küçəsində qeydə alınıb. Belə ki, 2011-cü il təvəllüdlü Nihal Qocayeva yaşadığı hündürmərtəbəli binanın 16-cı mərtəbəsinin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

16:04, 17 noyabr Hadisə

Şirniyyat sexində DƏHŞƏT - Əlini itirdi

Abşeron rayonunda yerləşən şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib. “Bakuinfo” xəbər verir ki, Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub. Araşdırmalar aparılır. (Qafqazinfo)

11:06, 17 noyabr Hadisə

Ağdərədə mina partladı - Yaralanan var

Bərdə sakini Ağdərədə minaya düşüb. "Bakuinfo" xəbər verir ki, hadisə Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma başlanıb.

14:39, 16 noyabr Hadisə

Sabunçuda kafedə yanğın oldu

Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilən ümumi sahəsi 100 m² olan müxtəlif təyinatlı obyektlərdən, sahəsi 40 m² olan kafenin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. "Bakuinfo" xəbər verir ki, kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17:12, 15 noyabr Hadisə

Bakıda güclü yanğın başladı

Bakıda yanğın hadisəsi olub. "Bakuinfo" xəbər verir ki, yanğın Nizami rayonu, R.Rüstəmov küçəsi 39 ünvanında qaz xəttində qeydə alınıb. Əraziyə FHN qüvvələri cəlb olunub. (APA)

22:16, 13 noyabr Hadisə

Bakıda məşhur restoranda partlayış - Ölən var

Noyabrın 7-si Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranında partlayış olub. “Bakuinfo” xəbər verir ki, restoranın mətbəxində baş vermiş partlayış zamanı orada çalışan Məlahət Cəfərova ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilsə də, 5 gün sonra, noyabrın 12-si vəfat edib. Faktla bağlı araşdırma aparılır.

12:10, 13 noyabr Hadisə

Azərbaycanda DƏHŞƏT - ÖLƏNLƏR VAR

Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası olub və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza

17:25, 10 noyabr Hadisə

Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. “Bakuinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrinin eyvanları arasında yerləşən

18:54, 06 noyabr Hadisə

Tarqovu"dakı qətlin ŞOK DETALLARI: Cinsi azlıq olduğu üçün...+FOTO

Bu gün "Tarqovıy"da 19 yaşlı gəncin öldürülməsi barədə məlumat vermişdik. "Bakuinfo" xəbər verir ki, gənci əmisi homoseksual olduğuna görə öldürüb. Mənbə bildirib ki, Yasin İbadov, Rüzgar adı ilə tanınırmış. O, çoxsaylı bıçaq zərbələri alaraq hadisə yerində həyatını itirib. Hadisə insanların gözü qarşısında baş verib. Məlumata görə, qətlə yetirilən şəxs Şamaxı rayonundandır. O, uzun müddət Türkiyədə yaşayıb, lakin oturum müddəti bitdiyi üçün Azərbaycana qayıdıb. İddialara

17:18, 06 noyabr Hadisə

Bakıda DƏHŞƏT - ÖLƏN VAR

Bakının mərkəzində qətl törədilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub. Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub. Faktla bağlı

16:04, 06 noyabr Hadisə
>