"Eşref Rüya" yayımdan qaldırıldı
"Tims&B Productions"ın lentə aldığı “Eşref Rüya” serialı bu gün yayımlanmayacaq. "Bakuinfo" xəbər verir ki, şirkət ölkəni dərindən sarsıdan acı itkilər səbəbindən yeni bölümü gələn həftə efirə verməyi qərara alıb. Qeyd edək ki, ötən gün Türkiyəyə məxsus C-130 təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 20 hərbçi şəhid olub.
Qəzada həlak olan türkiyəli hərbçilərin hamısının nəşi tapıldı
Türkiyəyə məxsus “C-130” tipli təyyarənin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin nəşinin axtarışı başa çatıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qəza nəticəsində həlak olan 20 hərbçinin hamısının nəşi tapılıb. Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.
Azərbaycanlı jurnalist Türkiyədə qəzada həlak oldu - Foto
Azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. “Bakuinfo” xəbər verir ki, bu barədə “Trend”ə jurnalistin yaxınları məlumat verib. Bildirilib ki, E.İbrahimov “Euronews” üçün hazırladığı reportajlar, xüsusilə də, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri ilə tanınıb.
Qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapıldı
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin qara qutusu tapılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə A Haber-in canlı yayımında məlumat verilib.
Həlak olan ekipaj üzvlərinin - Fotosu
Xəbər verdiyimiz kimi, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub. “Bakuinfo"nun məlumatına görə, Türkiyə KİV-də ekipaj üzvlərindən bir qisminin adları və fotoları yayılıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 20 hərbçi olub.
Baxçalının Azərbaycanla bağlı bu sözündən az sonra təyyarə qəzaya uğradı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlamentdəki qrup toplantısında çıxış edərkən Türkiyə və Azərbaycanın strateji əməkdaşlığının bəzi dairələri narahat etdiyini bildirib. MHP lideri qeyd edib ki, türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. "Bakuinfo" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapıldı - RƏSMİ
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Ali Yerlikaya "X" hesabında paylaşım edib. "Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm. O, "C-130" hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və
Türkiyə hərbi təyyarəsi Gürcüstanda qəzaya uğradı
Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Azərbaycan və Gürcüstan hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb”, - məlumatda qeyd olunub. Ölən və yaralananlar barədə məlumat verilməyib. *** Gürcüstan Hava Naviqasiya Xidmətinin məlumatına görə, təyyarə
"Albalı dadı" filminin baş rol ifaçısı vəfat etdi
İranlı tanınmış aktyor Homayun Ərşadi 78 yaşında vəfat edib. "Bakuinfo" yerli mediaya istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat yayıb. Məlumata görə, Ərşadi xərçəng xəstəliyindən dünyasını dəyişib. 1947-ci ildə İsfahanda anadan olan Homayun Ərşadi “Albalı dadı”, “Beşinci reaksiya”, “Çərpələng uçurtmaçısı” və “Başqa yerdə” kimi məşhur filmlərdə rol alıb. Onun baş rolunu ifa etdiyi “Albalı dadı” filmi 1997-ci ildə Kann Film Festivalında “Qızıl Palma Budağı” mükafatına
Dünyanı çətin günlər gözləyir: Noyabrın 11 və 12-də...
Qarşıdakı iki gün ərzində Yer kürəsində zəif maqnit qasırğaları proqnozlaşdırılır. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. Bildirilir ki, qasırğanın səviyyəsi demək olar ki, G2 sinfinə çatacaq. Alimlər vurğulayıblar ki, maqnit qasırğasının noyabrın 11-də başlayacağı gözlənilir. Bu gün səhər və günorta saatlarında şərait sakit olacaq, lakin axşama doğru bu vəziyyət dəyişəcək. Təxminən saat 18:00-da maqnit qasırğasının sinfi artmağa