Yaponiyada hava limanında PARTLAYIŞ: Uçuşlar ləğv edildi - FOTOLAR
Yaponiyanın Miyadzaki prefekturasının hava limanında partlayış baş verib. Bakuinfo.net oxu.az-a istinadən bildirir ki, bu barədə yanğınsöndürmə xidmətindən məlumat verilib. Məlumata görə, partlayış nəticəsində uçuş-enmə zolağı bağlanıb və hazırda uçuşlar ləğv edilib. "Miyadzaki hava limanının ərazisində partlayış səsi təsdiqlənib. Təfərrüat məlum deyil", - deyə məlumatda bildirilib. Partlayış oktyabrın 2-də səhər saat 8 radələrində baş verib, nəticədə köməkçi yol zədələnib. Yolun
Danimarkada İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib
Danimarkada İsrail səfirliyinin yaxınlığında partlayışlar baş verib. Bakuinfo.net verdiyi məlumata görə, bu barədə "Reuters" xəbər verib. "Kopenhagendəki İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb", - deyə xəbərdə bildirilib. O da vurğulanıb ki, Danimarka polisi partlayışlarla bağlı araşdırmaya başlayıb.
ŞOK! İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - Ölkə mediası yazır ki...
"İsrailin müdafiə naziri Yoav Qallantla əlaqə saxlamaq mümkün deyil." Bakuinfo.net xəbər verir ki, bu barədə “Haaretz”in jurnalisti telegram kanalında məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında İsrailə kütləvi raket hücumu həyata keçirib. Bu, tarixdə ən böyük hücum kimi qiymətləndirilir. Baş verən hücumdan sonr İsrail İrana qarşı cavab tədbirlərinin görüləcəyini rəsmən elan edib.
Tel-Əvivdə terror aktı: Ölənlər var
İsrailin paytaxtı Təl-Əvivdə atışma baş verib. Bakuinfo.net TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffa bölgəsində baş verib. Atışma nəticəsində azı səkkiz nəfər ölüb, yeddi nəfər yaralanıb. Bildirilir ki, hücum edənlər tramvay dayanacağı yaxınlığında atışmaya başlayıblar. Dörd zərərçəkənin vəziyyəti ağırdır.
Müharibə DAVAM EDİR: İranın İsrailə raket zərbələri CAN ALDI- ÖLƏN VAR
İranın İsrailə raket zərbələri nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bakuinfo.net xəbər verir ki, Ölən şəxs fələstinlidir. O, Yerixo yaxınlığındakı Nueima kəndində raket qəlpələrindən ölüb. Bu barədə İsrail fövqəladə hallar xidməti məlumat yayıb.
TƏCİLİ! İran İsraili raket atəşinə tutur
İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb. Bakuinfo.net xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, hücum HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavabdır və əgər İsrail hərbi reaksiya verərsə, daha sarsıdıcı cavabla üzləşəcək. İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, İsrailə hücum ölkənin suverenliyinin pozulmasına legitim cavabdır. Qeyd edək ki, raket zərbələrilə əlaqədar İordaniya və İraq həva
Kriminal avtoritet həbsxanada öldü
49 yaşlı kriminal avtoritet, “Rus Vanya” ləqəbi ilə tanınan İvan Çumakov Ukraynanın Odessa vilayətində vəfat edib. O, Ukraynada iki səs-küylü cinayət işi üzrə mühakimə olunub. Rusiyada axtarışda olan Çumakovun saxta sənədlərdən istifadə etməsi və ağır cinayətlərdə iştirakı, həmçinin 2021-ci ilin əvvəlində Vostok Bankın filialında 17 depozit seyfindən qiymətli əşyaların oğurlanması zamanı törədilən quldurluq Ukrayna hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb. Həmin vaxtdan İvan Çumakov
Məşhur pəhləvan qəfil öldü
Antalyadan olan 42 yaşlı güləşçi, baş pəhləvan Ali Altun dünyasını dəyişib. Bu barədə Bakuinfo.net "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, Antalyanın Döşemealtı Bələdiyyəsinin idmançısı Ali Altunun Konyaaltı rayonunda məşq etdiyi idman zalında halı pisləşib. Yaxınlıqdakı özəl xəstəxanaya çatdırılan güləşçini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun infarkt keçirdiyi və bu səbəbdən öldüyü bildirilir.
İsrail tankları Livan ərasizinə girdi - Əməliyyatlar BAŞLAYIR
İsrail ordusuna məxsus tanklar Livan ərazisinə daxil olub. Bakuinfo.net İsrail mediasına istinadən xəbər verir ki, İsrail xüsusi təyinatlıları artıq Üçüncü Livan Əməliyyatı adlandırılan quru əməliyyatına start verib. Qeyd edilib ki, ordu artıq Livan ərazisinə daxil olub. Yüzlərlə İsrail tankının sərhədi keçdiyi bildirilir.
İsraildən İrana xəbərdarlıq: "Məhv edəcəyik"
İsrail hökuməti Vaşinqton vasitəsilə Tehrana xəbərdarlıq göndərib. Bakuinfo.net xəbər verir ki, bu barədə "Kanal 14" (İsrail) məlumat yayıb. Məlumata görə, rəsmi Tel-Əviv Livanla sərhəddəki əməliyyat barədə İran tərəfini məlumatlandırıb. Bildirilib ki, yəhudi dövlətinə hər hansı bir hücum halında, İranın bütün qurğuları yerlə-yeksan ediləcək və məhv olunacaq.