Gərginlik son dərəcə artdı - Yaxın saatlarda DƏHŞƏTLİ hücum başlayacaq

DÜNYA 17:08, 03 avqust 2024, 1 118
Gərginlik son dərəcə artdı - Yaxın saatlarda DƏHŞƏTLİ hücum başlayacaq

Son günlər İran ilə İsrail arasındakı gərginlik son dərəcə artıb. Aprel ayında İranın geniş miqyaslı raket və dron hücumu İsrailə ciddi zərər verməyi hədəfləmişdi. Bu hücum İsrailin hava müdafiə sistemləri tərəfindən qismən zərərsizləşdirildi, lakin bölgədəki gərginliyi daha da artırdı. İranın bu cür hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu və İsrail yeni hücumlara qarşı yüksək hazırlıq vəziyyətindədir.

HƏMAS-ın yüksək səviyyəli hərbi komandanlarından biri İsmayıl Haniyənin öldürülməsi səbəbilə İsrailə qarşı hücum hazırlıqlarına başlaya biləcəyi barədə məlumatlar yayılıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən himayə edilən İsmayıl Haniyə 1 avqust 2024-cü il tarixində Tehranda baş verən partlayış nəticəsində öldürüldü. Partlayışın İsrail tərəfindən təşkil olunduğu iddia edilir.

Haniyənin ölümünün ardınca Qətərdə onun üçün dəfn mərasimi keçirilib və bu hadisə həm İran, həm də Qəzza sakinləri arasında böyük rezonans doğurub. İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında bu mövzuda telefon danışığı olub və Bayden İsrailin təhlükəsizliyini təmin etməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb (DAWN).

Bəs İran yaxın saatlarda İsrailə hücum edə bilərmi?

Məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov News24.az-a açıqlamasında bildirib ki, İran İsrailin Tehrana raket atmasını heç bir halda həzm etməyəcək, buna görə də hər hansı hücumun reallaşması an məsələsidir:

“İsrailin istədiyi odur ki, İranı müharibəyə salsın. İsrail təkbaşına əlbəttəki bacarmayacaq. Onların ümüdi Fransa, ABŞ və İngiltərənin onlara dəstək olmasıdır. Faktiki olaraq aprel ayındakı o zərbələr nəticəsində müharibə alınmadı. Sadəcə İran İsrailin “Dəmir tavan” sisteminin boşluqlarını göstərdi və bildirdi ki, İranda elə raketlər var ki, onlar İsrailin istənilən bütün obyektlərini vura bilər. O zaman belə demək olar ki, İsrail öz məsuliyyətsiz yanaşmasına görə cavabını aldı və ilk dəfə İsrailin eksklüzivliyi pozuldu. Həmin vaxt Vaşinqton Təl-Əvivə bildirdi ki, artıq otur yerində tərpənmə!”.

Politoloq qeyd edib ki, İsrailin Tehrana raket zərbəsi endirməsi bundan xəbər verir ki, artıq Benyamin Netanyahu müharibə üçün ciddi bir səbəb axtarır və o səbəbi tapdı. Onun sözlərinə görə, raket zərbəsi ilə hansısa ölkənin ərazisində onun qonağını qətlə yetirmək görülməmiş bir hadisədir:

“Netanyahu olduqca təhlükəli bir adamdır. Onun İranda törətdiyi hadisə açıq-aşkar siyasi xuliqanlıqdır. Belə çıxır ki, dövlət səviyyəsində terror dəstəklənir. Heç bir ölkə İsrailə qədər belə bir şey etməmişdi. Netanyahu İranla müharibəyə başlamaq üçün belə bir addım atır. İran əlbəttə ki, bu “acı həbi” uda bilməz. Udubsa da, bunun cavabını verəcək. İndiki bu vəziyyətdə bütün dünya səksəkə içində gözləyir ki, İranın cavabı necə olacaq”.

Tofiq Abbasov əlavə edib ki, İranın ətraf qüvvələri İsrail üçün çox ciddi və real təhlükədir. Bu Husilər, Hizbullah, HƏMAS, Mahmud Abbasın qüvvələri və digər qruplaşmalıdır. Bunlar sadəcə bir siqnal gözləyir ki, İsrailə qarşı qalxsınlar. / News24.az


  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Son Xəbərlər

Məşhur Yutuber "Mr Beast"i səsləndirən azərbaycanlı GÖRÜN KİM İMİŞ - VİDEO

“MrBeast”, əsl adı Jimmy Donaldson olan dünya şöhrətli Yutuber son illərin ən çox izlənən və populyar sosial media simalarından biridir. Onun kanalı “YouTube” platformasında 310 milyondan çox abunəçiyə malikdir və o, rekord göstəricilərə nail olmuşdur. MrBeast-in videoları qeyri-adi və innovativ məzmunu ilə fərqlənir. O, böyük miqyaslı sosial eksperimentlər, nəhəng mükafatlar, yardım aksiyaları və diqqət çəkən çətinliklərə dair videolar hazırlayır. İnsanlara kömək etmək və böyük miqdarda pullar

17:26, 12 sentyabr CƏMİYYƏT

“South China Morning Post”da Azərbaycanla bağlı məqalə DƏRC OLUNDU

Asia Global İnstitutunda hal-hazırda ilk azərbaycanlı araşdırmaçı alim kimi iştirak edən Maqsud Məmmədovun Honkonqun yeganə ingilisdilli və ən oxunaqlı qəzeti olan “South China Morning Post”da Azərbaycanla bağlı məqaləsi dərc olunub. News24.az xəbər verir ki, məqalədə ölkəmizin geosiyasi təsirini artırmaq, Çinlə Avrasiya regionu arasında əlaqələrin gücləndirilməsi, Azərbaycanın strateji mövqeyindən yararlanmaq və “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşmağın vacibliyi qeyd olunub. Həmçnin

14:18, 10 sentyabr İQTİSADİYYAT

Evdə Asan Hazırlanan Yeməklər: Dadlı və Sürətli Reseptlər

Evdə Asan Hazırlanan Yeməklər: Dadlı və Sürətli Reseptlər Ev şəraitində asan hazırlanan yeməklər hər birimizin mətbəxdə vaxt keçirmək istədiyi anlarda qurtarıcı olur. Bu məqalədə, qısa müddət ərzində hazırlaya biləcəyiniz, həm ləzzətli, həm də qidalandırıcı bir neçə resepti sizinlə paylaşacağıq. Google SEO tələblərinə uyğun olaraq, bu məqalə axtarış nəticələrində öndə çıxmağınız üçün nəzərdə tutulmuşdur. 1. Sadə və Dadlı Omelet Omelet, səhər yeməyi üçün mükəmməl bir seçimdir. Onun hazırlanması

22:02, 20 avqust MARAQLI

Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim-rentgenoloq, tibb elmləri namizədi Qulam İbrahimov vəfat edib. Bakuinfo.net qaynarinfo-ya istinadən xəbər verir ki, o, 71 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Qulam Məşədi Əli oğlu İbrahimov Ordubad rayonunda anadan olub. O, 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb.1985-1998-ci illərdə aspirantura təhsilinə yiyələnib. 1990-cı ildən tibb elmləri namizədidir. O, Mərkəzi Klinikada həkim-rentgenoloq vəzifəsində

13:08, 07 avqust CƏMİYYƏT

Avqustun 7-də gecə saatlarından başlayaraq... - XƏBƏRDARLIQ

Avqustun 7-ə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Bakuinfo.net-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən

18:59, 06 avqust CƏMİYYƏT

Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO

"Ərgünəs" nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib. O, 78 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-cı ildə "Sosialist Sumqayıtı" şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan

12:52, 05 avqust CƏMİYYƏT

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir. Bakuinfo.net xəbər verir iki, Bu barədə APA-ya aktyorun qızı məlumat verib. Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir. "Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil", - deyə qızı əlavə edib.

12:50, 05 avqust ŞOU-BİZNES

Noyabrda məktəblərdə 17 gün tətil olacaq - RƏSMİ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Bakuinfo.net xəbər verir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr

11:23, 05 avqust CƏMİYYƏT

Roza səhnəyə yenə də biabırçı geyimdə çıxdı - VİDEO

Müğənni Roza Zərgərli növbəti dəfə dekolteli geyimi ilə gündəm olub. Ötən gün məkanların birində səhnə alan sənətçi yaşıl rəng uzun, dekolteli libas geyinib. Roza səhnədən görüntülərini instaqramda paylaşıb. [media= ]

11:02, 05 avqust ŞOU-BİZNES

DƏHŞƏTLİ CİNAYƏT: qardaşının arvadını öldürdü

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakuinfo.net-ə verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qayını, 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata

10:30, 05 avqust HADİSƏ