Dünya

Türk gəmisi Ukraynada dronla vuruldu

Türkiyəyə məxsus “Orinda” gəmisi Ukraynada PUA tərəfindən atəşə tutulub. “Bakuinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib. Hadisə zamanı 16 nəfərlik heyət təxliyə olunub. Məlumata görə, xəsarət alan olmayıb. Bildirilir ki, ekipaj üzvlərinin səhhəti yaxşıdır və yanğın dənizdə nəzarət altına alınıb.

23:09, 17 noyabr Dünya

Konqoda nazirin olduğu təyyarə yanıb

Konqo Demokratik Respublikasının sənaye naziri Lui Kabambanın olduğu təyyarə hava limanında yerə enərkən sürüşərək yanıb. “Bakuinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarədə ümumilikdə 20 nəfərin olduğu bildirilir. Nazir və nümayəndə heyətinin səfərinin məqsədi daha əvvəl böyük sürüşmə baş verən kobalt mədənində aparılan xilasetmə işlərinə nəzarət etmək olub.

23:06, 17 noyabr Dünya

Fransa Ukraynaya 100 “Rafale” verəcək – Zelenskidən böyük hava müdafiəsi anlaşması

Zelenskiy bildirib ki, Ukrayna növbəti 10 il ərzində Fransadan 100 ədəd Rafale döyüş təyyarəsi alacaq. Bu razılaşma Fransa ilə imzalanmış niyyət məktubunun tərkib hissəsidir. Bakuinfo Reutersə istinadən xəbər verir ki, məktubda həmçinin hava-müdafiə sistemləri, bombalar və dronlar da nəzərdə tutulub. Zelenskiy razılaşmanın ölkənin hava müdafiəsini gücləndirəcəyini bildirib.

18:56, 17 noyabr Dünya

Zəvvar avtobusu qəzaya düşdü - 42 ölü

Səudiyyə Ərəbistanında ağır yol-nəqliyyat hadisəsi baş verib. “Bakuinfo” “India Today”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, Məkkədən Mədinəyə doğru hərəkət edən avtobus dizel yanacağı daşıyan yük maşını ilə toqquşub. Avtobusda olan azı 42 hindistanlı zəvvar ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Hadisə yerində xilasetmə işləri aparır və yaralılara tibbi yardım göstərilir.

11:24, 17 noyabr Dünya

2025-ci il tarixə düşəcək: "Temperatur hər il artacaq"

2025-ci ildə bir çox yerdə həddindən artıq isti dalğalar yaşanıb və proses davam edir. "Bakuinfo" bildirir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına görə, 2025-ci il tarixdə ikinci və ya üçüncü ən isti il olacaq. ÜMT Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının (UNFCCC) 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində "2025-ci il üçün Qlobal İqlim Yeniləməsi" adlı hesabatını dərc edib. Hesabatda qeyd

11:03, 17 noyabr Dünya

Kərimovanın İsveçrədəki milyardları: Qərar verildi

İsveçrə tarixində ikinci ən böyük müflisləşmə işi ilə bağlı “Zeromax” kreditorunun “Ernst&Young” şirkətinə qarşı iddiası üzrə məhkəmə prosesi davam edir. Ali Məhkəmənin qərarına əsasən, cavabdeh tərəf audit prosesi ilə bağlı sənədləri təqdim etməyə məcbur olunub. "Bakuinfo" xəbər verir ki, bu öhdəlik “böyük dördlük” şirkəti üçün böyük reputasiya itkisi və milyard dollarlıq cəriməyə səbəb ola bilər. Məhkəmə prosesi artıq beş ildir davam edir. “Ernst&Young”un İsveçrə bölməsi

15:41, 15 noyabr Dünya

Dünyanın ən güclü orduları açıqlandı

Rusiya hərbi güc baxımından dünyanın ən güclü orduları reytinqində ikinci yeri tutur. "Bakuinfo" xəbər verir ki, bu barədə "Business Insider" nəşri "Global Firepower" reytinqinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiyanın "PowerIndex" göstəricisi 0,0788 olub və ölkə bu nəticə ilə dünyanın ən güclü ordularından biri kimi ikinci pillədə qərarlaşıb. Qeyd edilir ki, Rusiya yalnız geniş hərbi imkanlara deyil, həm də böyük nüvə potensialına sahibdir.

13:44, 15 noyabr Dünya

Rusiya ordusu Ukraynada bu yaşayış məntəqəsini ələ keçirdi

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Rusiya hərbçiləri Zaporojyedə Yablokovo yaşayış məntəqəsini ələ keçirib.

13:14, 15 noyabr Dünya

Türkiyənin yeni prezidenti o olacaq – Sorğunun nəticəsi

Türkiyədə seçicilərin prezidentlik üçün ən çox üstünlük verdiyi şəxs Rəcəb Tayyib Ərdoğan olub. O, ümumi səsin 36,2 faizini toplayıb. "Bakuinfo" xəbər verir ki, bu nəticələr ASAL araşdırma xidmətinin noyabr sorğusunda əks olunub. İkinci sırada Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (22%), üçüncü sırada isə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdəki sədri Əkrəm İmamoğlu (20,4%) qərarlaşıb. Digər namizədlərin yığdığı səs faizi belədir: Səlahəddin Dəmirdaş – 5,6% CHP sədri

12:53, 15 noyabr Dünya

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı - Ölən var

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb. “Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza

22:51, 13 noyabr Dünya
>