Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...

CƏMİYYƏT 10:31, 29 sentyabr 2024, 818
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...

Tez-tez özündən çıxmaq, enerji azalması ... - payız depressiyası ilə necə mübarizə aparmalı

Azərbaycana payız fəsli gəlib. Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

 Payız deyən zaman insanların yadına kədər düşür. Təbiətin yeniləndiyi, tətillərin edildiyi, açıq havada uzun zaman keçirilən günlərin arxasınca payızın gəlməsi ilə gündüzlər qısalır, hava sərinləyir və yarpaqlar tökülməyə başlayır. Təbiətdə olan bu dəyişiklik, insanlara da təsir edir və onları mövsümi depressiyaya doğru çəkir.

Mütəxəssis qeyd edir ki, bədənin bioloji saatını və ritmini nizamlayan melotonin hormonu günəş işıqları azaldığı zaman gecələr uzun, gündüzlər qısalan zaman daha çox ifraz edilir. Gün işığı azaldıqca, beyində yüksək miqdarda yaranan melotonin hormonu insan bədənindəki enerjinin azalmasına, yorğunluğa və istəksizliyə səbəb olur.

Eyni zamanda beyində kimyəvi maddələrdən biri olan serotonin hormonu, payızda günəş şüalarının azalmasıyla azalır və bu vəziyyət depresiyaya səbəb olur.

Eyni mövsümi depressiya qış aylarında da müşahidə edilir. Ancaq payız depressiyası daha tez-tez müşahidə edilir. Enerji azlığı şəxsin həyatını monotonluğa çəkdiyi zaman mövsümi depressiya barədə düşünə bilər. Həkim qeyd edir ki, payız depressiyası təkcə mövsümi dəyişikliklərdən qaynaqlanmır. Şəxs daha əvvəl depressiya yaşayıbsa və ya genetik uyğunluq varsa mövsümi depressiya yaşama riski artır.

Depressiya adətən qadınlarda kişilərlə müqayisədə daha çox olur. Buna görə də payız depressiyası qadınlarda daha çox müşahidə edilir.

Payız depressiyasının əlamətləri əsasən bunlardır:

- Səhər yuxudan oyanmaqda çətinlik çəkir, əzginlik hiss edir. Həddən artıq yatmaq istəyi yaranır;

- Ümumi yorğunluq. Fikrini bir yerə cəmləyə bilməmək. İşləyirsə, işə adaptasiya oluna bilməmək problemi, işə getməmək istəkləri müşahidə olunur;

- İştahasızlıq. Bəzən isə həddən artıq yeməyə meyllilik yaranır;

- Hər şeyə maraq itir. Hətta dost və yaxınlardan uzaqlaşmağa, az ünsiyyətdə olmağa, özünə qapanmağa başlayır;

- Ümidsizlik, inamsızlıq hissləri yaranır;

- Tez-tez özündən çıxmaq, enerji azalması əlamətləri müşahidə edilir.

Bəs payız depressiyası ilə necə mübarizə aparmalı?

Mütəxəssislər bildirir ki, bu əlamətlər olduqda, azalan enerjini yenidən özünə qaytarmaq üçün rejimlə düzgün qidalanmaq, gün ərzində 1 və ya bir neçə dəfə açıq havada gəzmək, idmanla məşğul olmaq lazımdır.

Müəyyən fantaziyaları artırmaq tövsiyə olunur. Məsələn, səhər yeməyini maraqlı etmək, iş yerində yorulduqda fasilələr vermək və s. İlk növbədə qida rasionuna diqqət etmək lazımdır. Ağır və insanı ətalətə gətirən yeməklərdən qaçmaq, yüngül, insanda xoş əhval yaradan, tez həzm olunan yeməklərə üstünlük vermək lazımdır. Ağ şəkərdən bacardıqca az istifadə tövsiyə edilir. Çünki ağ şəkər qanda şəkəri sürətlə yuxarı qaldıra və yaxud aşağı sala bilər. Bu isə yorğunluq hissini artırır. Ağ şəkərin əvəzinə şirin meyvələrdən istifadə etmək olar. Payız bol meyvə mövsümüdür.

Həmçinin şirniyyat, tort və şokoladlardan az istifadə etmək tövsiyə edilir. Xatırladaq ki, bu qidalarda vitaminlər az olur.

Mütəxəssislərin fikrincə, payız depressiyası bir xəstəlik deyil, yalnız psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər.

Ümumiyyətlə, çalışmaq lazımdır ki, hər zaman faydalı məşğuliyyətlər tapılsın. Məsələn, qadınlar mətbəxdə daha fəal ola bilər, toxuma, tikiş bacarıqlarından faydalana bilər. Həmçinin dil öyrənmək, mütaliə etmək, rəsm çəkməklə məşğul olmaq olar. Dost və yaxınlarla tez-tez ünsiyyətdə olmaq, bərabər istirahət etmək tövsiyə edilir.

Depressiyanı aradan qaldıran amillərdən biri də idmandır. İdmanla məşğul olmaqla stressdən uzaq olmaq olar. Stress qanda adrenalinin parçalanmasını sürətləndirir, depressiv əlamətləri artırır. İdmanla məşğul olduqda beyin qanla təchizatı gücləndirir, mənimsəmə qabiliyyətini artırır.

Səhər tezdən yürüş etmək əhval-ruhiyyəni yaxşılaşdırır, endorfin hormonunun artmasına səbəb olur. Endorfinin artması insanın özünü sevincli, xoşbəxt hiss etməsinə səbəb olur.

Əgər qeyd edilən əlamətlər özünü kəskin şəkildə göstərərsə, mütəxəssisə müraciət etmək lazımdır.

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, əslində payız depressiyasının daha çox qadınlarda aşkarlanması fikri doğru deyil: “Qadın və yaxud kişi olmasından asılı olmayaraq, adətən payız mövsümündə insanlarda bir depressiv vəziyyət yaranır. Sadəcə, qadınlar depressiya halına düşəndə dərhal bunu büruzə verir, amma kişilər depressiyanı boynuna almır, uzun müddət bu vəziyyətə dözməli olur, şikayət etmir. Nəticədə biz bu barədə məlumatı gec alırıq və bununla bağlı statistikaya gec qeyd olunur. Ona görə də bizə elə gəlir ki, daha çox qadınlar payız depressiyasından əziyyət çəkir. Qadınlar bu vəziyyətini bölüşməyə çalışır, kişilər isə bir çox hallarda depressiyanı alkoqol ilə aradan qaldırmağa meyilli olur, bu vəziyyətini gizlədir və sairə”.

Psixoloq qeyd edir ki, ümumiyyətlə il ərzində fizioloji baxımdan 2 qeyri-sabit dövr olur: “Birincisi, qışdan yaza keçən dövr. Bu əsasən mart ayına, Novruz bayramı ərəfəsinə təsadüf edir və adətən daha ağır olur.

İkincisi isə yaydan payıza, qışa keçən dövrə təsadüf edir. Bu zaman insanın bədəni fizioloji olaraq, yeni iqlimə hazırlaşır, müəyyən proseslər ləngiyir. Hətta orqanizmdə hansısa xəstəliklər varsa daha da kəskinləşir və yaxud özünü büruzə verir.

Sözsüz ki, bu, müvəqqəti haldır. Amma bu o demək deyil ki, insan buna dözməlidir. Çoxumuz yüngül formada bu hala düşürük və iqlim sakitləşəndə tədricən vəziyyətdən çıxırıq.

Lakin bəzi insanlar bunu ağır formada keçirir, depressiv və yaxud həyəcan nevrozu formasında panik ataklar yaranır. Bu zaman buna qarşı tədbirlər görmək lazımdır. Yəni vaxtında psixoloqa, psixoterapevtə müraciət etməli, ağır fiziki işlərdən qaçmalı, boş vaxtları daha çox səmərəli keçirməyə çalışmaq lazımdır. Burada söhbət təkcə əyləncədən getmir, əhəmiyyətli fəaliyyət nəzərdə tutulur".


  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

XƏBƏRDARLIQ: Bakının bu məhəllələrində yaşayanlar DİQQƏT! Böyük dəyişikliklər qapıdadır

XƏBƏRDARLIQ: Bakının bu məhəllələrində yaşayanlar DİQQƏT! Böyük dəyişikliklər qapıdadır Bakı Şəhər İcra Hakimiyyətinin son açıqlaması paytaxtın bir neçə məhəlləsində yaşayan sakinləri həyəcanlandırıb. Yaxın gələcəkdə bu ərazilərdə əsaslı dəyişikliklər gözlənilir. Hansı məhəllələr dəyişikliyə məruz qalacaq? Rəsmi məlumata əsasən, aşağıdakı məhəllələrdə yenidənqurma işləri aparılacaq: 1. Yasamal rayonunun "Yeni Yasamal" ərazisi 2. Nizami rayonunun "8-ci kilometr" qəsəbəsi 3.

22:08, 08 oktyabr CƏMİYYƏT

2024-cü ildə ən çox qazanan peşələr - Azərbaycanda MAAŞLAR NƏ QƏDƏR OLACAQ?

Son illər Azərbaycanın əmək bazarında ciddi dəyişikliklər müşahidə olunur. 2024-cü ildə hansı sahələrdə maaşların artacağı və ən çox qazanc gətirən peşələrin hansılar olacağı barədə yeni araşdırma aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi nümayəndəsi Eldar Əliyev bildirib: "2024-cü ildə IT, süni intellekt və yaşıl texnologiyalar sahəsində mütəxəssislərə tələbat KƏSKIN ARTACAQ." Ən yüksək maaşlı 5 peşə: Süni intellekt mühəndisi: 4000-6000 AZN Kibertəhlükəsizlik

16:00, 08 oktyabr İQTİSADİYYAT

 DİM-dən YENİ QƏRAR: Bu il imtahanlar FƏRQLİ OLACAQ!

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün elan etdiyi yeni qərarla təhsil ictimaiyyətini həyəcanlandırdı. Bu il keçiriləcək imtahanların formatında əhəmiyyətli dəyişikliklər gözlənilir. ## Yeni qərar nəyi əhatə edir? DİM-in açıqlamasına görə, bu il imtahanlar aşağıdakı aspektlərdə fərqli olacaq: 1. İmtahan müddətində dəyişiklik 2. Sual tiplərinə yenidən baxılması 3. Qiymətləndirmə sistemində yeniliklər ## Dəyişikliklərin təfərrüatları ### İmtahan müddəti İmtahan müddəti 30 dəqiqə artırılacaq. Bu,

21:46, 08 oktyabr CƏMİYYƏT

Son Xəbərlər

Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik edilib. Bakuinfo.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

12:35, 10 oktyabr CƏMİYYƏT

Ailəsinin 5 üzvünü öldürən ƏHMƏDƏ CƏZA VERİLMƏDİ

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb. Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış

12:21, 10 oktyabr HADİSƏ

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyada təcili eniş etdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyanın Kanaqava prefekturasına məcburi eniş edib. Bakuinfo.net-in xəbərinə görə, bu barədə NHK telekanalı məlumat verib. "ABŞ hərbi vertolyotu Kanaqava prefekturasının Tiqasaki şəhəri sahilinə enib. Heç kim xəsarət almayıb", - deyə materialda qeyd edilib. Nəşrin məlumatına görə, helikopter ABŞ-nin Asuqidəki hərbi bazasına məxsusdur. Telekanal ABŞ hərbi bazasının məlumatlarına istinadən bildirib ki, vertolyot ehtiyat tədbiri olaraq

12:20, 10 oktyabr DÜNYA

Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə VERDİ

Əməkdar artist Elza Seyidcahan tanınmış müğənni Roza Zərgərlini məhkəməyə verib. Bakuinfo.net xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Roza Zərgərlinin ona böhtan atdığını bildirib. Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,

12:18, 10 oktyabr CƏMİYYƏT

Araz Qasımov dünyasını dəyişdi

Gədəbəydə çay kənarında meyit tapılıb. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, meyit 9 oktyabr tarixində rayon ərazisindən keçən İnəkboğan çayının kənarındakı yarğanda aşkarlanıb. Meyitin həmin kənd sakini 1980-ci il təvəllüdlü Qasımov Araz İsa oğluna məxsus olub. Onun üzərində xəsarət izləri olub. Faktla bağlı araşdırılma aparılır.

12:03, 10 oktyabr CƏMİYYƏT

Polkovnikin oğlu faciəli şəkildə həlak oldu

Bu gün dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslə bağlı məlumat əldə olunub. Bakuinfo.net News24.az-a istinadən xəbər verir ki, qəza zamanı Cavid Namiq oğlu İsmayılzadə vəfat edib. Qeyd edək ki, dünyasını dəyişən şəxs Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub. Xatırladaq ki, vəfat edən şəxsin atası polkovnik Namiq İsmayılov Binəqədi rayonunun sabiq polis rəisi olub. Oktyabrın 9-da saat 21:30-da Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat

11:57, 10 oktyabr CƏMİYYƏT

Bakıda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Əməkdar həkim Tərifə İskəndərova vəfat edib. Bakuinfo.net xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, Türkiyədəki xəstəxanaların birində müalicə alan T.İskəndərova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, təcrübəli həkim Tərifə İskəndərova 1993-cü ildən 9 saylı qadın məsləhətxanasının baş həkimi işləyib. YAP Binqədi rayon təşkilatının üzvü olan T.İskəndərova 2018-ci ildə "Əməkdar həkim” fəxri adına da layiq görülüb.(mətbuat.az)

11:38, 10 oktyabr CƏMİYYƏT

XƏBƏRDARLIQ: Bakının bu məhəllələrində yaşayanlar DİQQƏT! Böyük dəyişikliklər qapıdadır

XƏBƏRDARLIQ: Bakının bu məhəllələrində yaşayanlar DİQQƏT! Böyük dəyişikliklər qapıdadır Bakı Şəhər İcra Hakimiyyətinin son açıqlaması paytaxtın bir neçə məhəlləsində yaşayan sakinləri həyəcanlandırıb. Yaxın gələcəkdə bu ərazilərdə əsaslı dəyişikliklər gözlənilir. Hansı məhəllələr dəyişikliyə məruz qalacaq? Rəsmi məlumata əsasən, aşağıdakı məhəllələrdə yenidənqurma işləri aparılacaq: 1. Yasamal rayonunun "Yeni Yasamal" ərazisi 2. Nizami rayonunun "8-ci kilometr" qəsəbəsi 3.

22:08, 08 oktyabr CƏMİYYƏT

 DİM-dən YENİ QƏRAR: Bu il imtahanlar FƏRQLİ OLACAQ!

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün elan etdiyi yeni qərarla təhsil ictimaiyyətini həyəcanlandırdı. Bu il keçiriləcək imtahanların formatında əhəmiyyətli dəyişikliklər gözlənilir. ## Yeni qərar nəyi əhatə edir? DİM-in açıqlamasına görə, bu il imtahanlar aşağıdakı aspektlərdə fərqli olacaq: 1. İmtahan müddətində dəyişiklik 2. Sual tiplərinə yenidən baxılması 3. Qiymətləndirmə sistemində yeniliklər ## Dəyişikliklərin təfərrüatları ### İmtahan müddəti İmtahan müddəti 30 dəqiqə artırılacaq. Bu,

21:46, 08 oktyabr CƏMİYYƏT

Xırdalanda bədbəxt hadisə baş verib

Abşeron rayonunda bədbəxt hadisə baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb. Belə ki, qadın binadan yerə yıxılıb, yolda hərəkətdə olan avtomobil isə onun üzərindən keçib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 07.10.2024-cü il tarixində saat 19 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

21:40, 08 oktyabr HADİSƏ