Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Bakuinfo.net qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1993-cü il təvəllüdlü Daşqın Xəlilov (t2), 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev (t3) və 2005-ci il təvəllüdlü R.M-nin hərəsi 19 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmədə cinayətkar qruplaşmanın şöbə müdirini hansı üsulla öldürdükləri də məlum olub.
Bəlli olub ki, qruplaşma əvvəlcə Bəyaz Cabbarovun evinin önünə gələrək elektrik sayğacına müdaxilə edib. Elektrik verilişinin kəsildiyini görən həkim evin önünə çıxıb və bu zaman Fəxri Allahverdiyevlə R.M ona qarşı zorakılıq ediblər. Daha sonra Bəyaz Cabbarovu zorakı üsulla evə aparan qruplaşma üzvləri, onu döşəmənin üstünə yıxıblar. Cinayətkarlar şöbə müdirindən evdə olan pulların yerini soruşublar. Həkim isə yalnız üzərində pul olduğunu, bunu onlara verə biləcəyini deyib.
Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra, quldurlar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həkimə ümumilikdə 17 bıçaq zərbəsi endirilib.
Qeyd edək ki, cinayətkar qruplaşma həkimin evində 40-50 min manat pul olduğunu ehtimal ediblər.
Onu da əlavə edək ki, həkimi qətlə yetirənlər hadisədən sonra kameraya düşmüşdülər.
Diqqət Çəkənlər
Yüksək vəzifəli məmurun Saxlanılma ANI - ANBAAN VİDEO
Dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinən Rusiya Federasiyasının energetika nazirinin müavini Anatoli Yanovskinin saxlanılmasının görüntüləri yayılıb. Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verib. Hüquq-mühafizə orqanları həmçinin energetika naziri Sergey Moçalnikovu saxlayıblar. Qeyd olunur ki, hər iki məmur kömür sənayesində dələduzluq işi ilə bağlı saxlanılıb. Bildirilir ki, iş üzrə birbaşa zərər 500 milyon rus rublu (8,8 milyon manatdan çox), dolayı
Yaşayış binası çökdü, 40 nəfər dağıntılar altında qaldı
Nigeriyanın paytaxtında yaşayış binası çöküb, azı 40 nəfər dağıntılar altında qalıb. Bakuinfo.net xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb. Hadisə yerinə xilasedicilər və könüllülər cəlb olunublar və beş nəfər xilas edilib. Qeyd edək ki, çökən binada tikinti işləri hələ tam başa çatmamışdı.
SON DƏQİQƏ: Ticarət mərkəzində yanğın: İnsanlar təxliyə edilir
Qazaxıstanın Atırau şəhərində ticarət-əyləncə mərkəzi yanır, xilasedicilər ziyarətçiləri təxliyə edirlər. Bakuinfo.net TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Bu dəqiqələrdə Atırau şəhərinin yanğınsöndürənləri Bəxtigirey Kulmanov küçəsində yerləşən "Baizaar" ticarət mərkəzində baş vermiş yanğını söndürürlər", - məlumatda bildirilir. "Atyrau Online"ın verdiyi xəbərə görə, binanın içərisindəki tüstü insanların
Son Xəbərlər
Bakıda qadını zorla maşına mindirdilər - VİDEO
Bakıda qadını zorla maşına mindiriblər. Bakuinfo.net xəbər verir ki, bu barədə görüntüləri bloqqer Saleh Nəsirov paylaşıb. Məlumata görə, hadisə Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində baş verib. İki kişi naməlum səbəbdən bir qadını zorla avtomobilə mindiriblər. Daxili İşlər Nazirliyindən Bakuinfo.net-ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.
SON DƏQİQƏ: Azərbaycanda məşhur aktyor əməliyyat olundu
Tanınmış aktyor Hikmət Rəhimov əməliyyat olunub. Bakuinfo.net xəbər verir ki, aktyor sosial şəbəkədə burun çəpərinin əyriliyindən əziyyət çəkdiyini bildirib. O qeyd edib ki, buna görə bıçaq altına yatıb: "Uzun müddətdir baş ağrıları məni narahat edir. Əgər burun çəpərində əyrilik varsa, oksigen beyinə rahat getmir. Qərar verdim ki, bu məsələ həllini tapmalıdır".
Azərbaycanda məmur oğlu faciəvi şəkildə ÖLDÜ
Zərdabda balıqçı faciəvi şəkildə ölüb. Bakuinfo.net xəbər verir ki, rayon sakini Murad Cümşüdlü Zərdab rayonu ərazisində balıq tutarkən bədbəxt hadisə ilə üzləşib. Belə ki, o, su kanalına yıxılaraq boğulub. Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? – AÇIQLAMA
Bu günlərdə millət vəkili Azər Badamov qaz limitinin indiki formada tətbiq edilməsinin xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə mənfi təsir etdiyini deyib. O bildirib ki, dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır: “Dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq sərf etməyə məcburdurlar. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir”. Millət vəkilinin
Hava limanında baqajdan 17 timsah və 10 kərtənkələ çıxdı
gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb. Bakuinfo.net "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib. Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə,
Xaçmazda futbol meydançasında azyaşlıya təcavüz edildi
Xaçmaz rayonunda 1993-cü il təvəllüdlü Turan yetkinlik yaşına çatmayan həmkəndlisi Ramilə (adlar şərti göstərilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tural 25 iyun 2021-ci ildə, saat 19 radələrində sərxoş halda yaşadığı kəndin orta məktəbinin meydançasında olduğu zaman orada qoyun otaran həmkəndlisi, azyaşlı Ramilin ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmadığından, yəni köməksiz vəziyyətindən
Whatsapp - dan yeni funksiya
"Whatspp"ın "Android" versiyasına süni intellektə əsaslanan yeni funksiya əlavə edilib. Tətbiqin tərtibatçıları bildiriblər ki, "Meta Al" texnologiyasından istifadə edən çat-bot, ən uyğun cavabları təmin etmək üçün istifadəçilərin yazışmalarının bir hissəsini yadda saxlaya bilir. Bakuinfo.net bu barədə Gazeta.ru-ya istinadən xəbər verir. Tərtibatçıların bildirdiklərinə görə, bu funksiya hazırda inkişaf mərhələsindədir. İstifadəçilər "Yaddaş" bölməsi
Ən təhlükəli 5 bürc bunlardır
Bəzi bürclər qəzəblənəndə sözün əsl mənasında gözləri heç nəyi görmür. Əgər onlara qarşı səhv etsəniz, bağışlanma olmayacaq və onlar ömürlərinin sonuna qədər sizin düşməniniz ola bilərlər. Bakuinfo.net astrologiyanın ən təhlükəli bürclərini təqdim edir: 1- ƏQRƏB 2 - BUĞA 3 - XƏRÇƏNG 4 - OXATAN 5- QOÇ
Münasibətlərdə ən fədakar 5 bürc
Astrologiyaya görə, bəzi bürclər münasibətlərində həmişə qoruyucu rəftar nümayiş etdirirlər. Bakuinfo.net münasibətlərdə ən çox fədakarlıq göstərən 5 bürcü təqdim edir: XƏRÇƏNG Xərçəng emosional dərinliyi və ailələrinə güclü bağlılığı ilə seçilir. Xərçənglər sevdikləri üçün hər cür fədakarlığa hazır olsalar da, ailələrinin və yaxınlarının xoşbəxtliyi həyatlarında hər şeydən əvvəl gəlir. Xərçənglərin xarakterini müəyyən edən mühüm xüsusiyyətlər arasında çətin anlarda yaxınlarının yanında olmaq,
Lənkəranda kütləvi DAVA: Bıçaqlanan var
Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb. "Report"un məlumatına görə, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb. Daha dörd nəfər isə - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu,